22 Noyabr 2019
Hacıbala Abutalıbov vəzifəsindən azad edildi
Hacıbala Abutalıbov vəzifəsindən azad edildi SİYASƏT 16:32 2019-10-21

Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".