14 Noyabr 2019
Pərviz Şahbazov isveçrəli iş adamlarını qəbul edib - FOTO
Pərviz Şahbazov isveçrəli iş adamlarını qəbul edib -FOTO İQTİSADİYYAT 18:06 2019-10-21

Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının baş direktoru Vincent Subilianın rəhbərlik etdiyi Qərbi İsveçrənin işgüzar dairələrinin nümayəndələrindən ibarət heyət Energetika Nazirliyində olub.

Unikal.org xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq əlaqələri və perspektivlər müzakirə edilib. Görüşdə Qərbi İsveçrə regionunun neftlə yanaşı bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynadığı və şirkətlərin ölkəmizin enerji sektorunda əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan SOCAR-ın timsalında İsveçrə ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda İsveçrənin AXPO şirkəti “Şahdəniz Mərhələ 2” üzrə qazın alıcısı olmaqla yanaşı TAP konsorsiumunda da təmsil olunur. Bərpa olunan enerji üzrə isə bu ölkənin digər bir şirkəti “Pure Energy Development” SARL ilə əməkdaşlıq edilir. 
Nazir Pərviz Şahbazov ölkədə energetika sektorunda hazırda həyata keçirilən tədbirlər və qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. Bərpa olunan enerji layihələrinə xarici investorların cəlbi üçün əlverişli mexanizmlərin hazırlandığını vurğulayan nazir deyib ki, bu sahədə İsveç şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanlar var. 
Görüşdə İsveç nümayəndə heyətinin Azərbaycanın enerji infrastrukturunun mövcud vəziyyəti, səmərəlilik göstəriciləri və elektrik enerjisi bazarının yaradılması ilə bağlı sualları ətrafında fikir mübadiləsi aparılıb. 


  • Pərviz Şahbazov isveçrəli iş adamlarını qəbul edib -FOTO
  • Pərviz Şahbazov isveçrəli iş adamlarını qəbul edib -FOTO