Oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Qarabağ”- APOEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.

Unikal.org xəbər verir ki, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-APOEL görüşü saat 20:55-də başlayacaq.