14 Noyabr 2019
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - VİDEO
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb -VİDEO CƏMİYYƏT 18:55 2019-10-21

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

Unikal.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.