“Polisə Dəstək” İctimai Birliyi İdarə Heyətinin  növbədənkənar iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən iqtisadi müşavirədə ölkədəki islahatlara, dövlətin daxili və xarici siyasətinə qarşı olanlara dövlət başçısı İlham Əliyevin reaksiyası və bu istiqamətdəki tapşırıqlar  müzakirə edilib. 

“Polisə Dəstək” İctimai Birliyinin idarə heyəti bəyan edir ki, ölkədəki davamlı sabitlik, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan Polisinin 141 ölkə arasında keçirilən tədqiqatın nəticəsinə görə 18-ci yerdə qərar tutması, polis orqanlarına əhali tərəfindən etibarın və inamın artması, mülkiyyətin və şəxsiyyətin toxunulmazlığının konstitusion müdafiəsi dövlətin düşünülmüş və uzun müddətli siyasətin, milli fəaliyyət proqramlarının və strategiyasının təmin olunmasının canlı təzahürü kimi qəbul edilməlidir. 

Prezident korrupsiyaya, sui-istifadə və digər qanunazidd, xoşagəlməz hallara qarşı mübarizədə vətəndaş cəmiyyyətinin və ictimai nəzarətin artırılmasına da önəm verib.

“Polisə Dəstək” İctimai Birliyi Prezidentin ifadələrinə yüksək dəyər verərək və vətəndaş cəmiyyətinin fəal iştirakçısı olaraq bəyan edir ki, dövlətin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir, bu islahatlara qarşı olanlara ictimai nəzarət gücləndirilməli, hər cürə qanunazidd hallarla mübarizədə dövlətin müvafiq qurumlarına dəstək verilməlidir. Biz, Prezidentin vurğuladığı kimi, islahatlara alternativi olmayan bir yolun yolçusuyuq və bu yolda birgə addımlayacağıq". - məlumatda bildirilir.