14 Noyabr 2019
Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq
Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq CƏMİYYƏT 19:26 2019-10-21

Sumqayıt və Gəncədə təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

Unikal.org xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-də saat 09:00-dan aşkarlanan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində və H.Z.Tağıyev qəsəbəsində qaz verilişində fasilələr olacaq. Saat 09:00-dan 18:00-dək eyni səbəbdən Gəncə şəhərində də bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.