Bu gün İran çempionatında 7-ci turun oyunları keçirilib.

Unikal.org  xəbər verir ki, Güney Azərbaycanı təmsil edən “Traktor” səfərdə "Nassaji Mazandaran"la görüşüb.

Matçda ilk hissədə hesab açılmasa da, Təbriz təmsilçisi ikinci hissədə 4 cavabsız qol vuraraq darmadağına sevinib.

Qeyd edək ki, bu qələbə ilə xalını 17-ə yüksəldən "Traktor" "Sepahan"la birlikdə 1-2-ci pillələri bölüşür.