Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Radamel Falkao İstanbul təmsilçisi Çempionlar Liqasının bu gün keçiriləcək İspaniya “Real”ı ilə ev oyununda iştirak etməyəcək. 

Buna kolumbiyalı hücumçunun sağlamlıq durumu səbəb olub. Ağrılar hiss edən R.Falkao oyunöncəsi son məşqə də qatıla bilməyib. 

R.Falkaonu “Real”la qarşılaşmada Florin Andonenin əvəzləyəcəyi gözlənilir. O, Super Liqanın son turunun “Sivasspor”la görüşündə dublla yadda qalıb. 

Qeyd edək ki, bu gün keçiriləcək “Qalatasaray” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.