Hafiz Mahir oğlu İsmayılbəyli Azərbaycan Hesablama Palatasının auditoru təyin edilib.

Unikal.org-un məlumatına görə, bu gün bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub. 

Onun namizədliyi millət vəkillərinin səs verməsinə çıxarılıb və qəbul edilib.

Bu təyinatadək Hesablama Palatasının 5 auditoru var idi. Onlar Cəfər Həsənov, Vaqif Həsənov, Firsənd Qurbanov, Mehriban Əlişanova və Fazil İbrahimovdur.