14 Noyabr 2019
13 Noyabr 2019
“Günay Sığorta” turizm tədbirinə dəstək oldu
“Günay Sığorta” turizm tədbirinə dəstək oldu CƏMİYYƏT 16:24 2019-10-22

BƏƏ-nin ən nüfuzlu şirkətlərindən biri olan Voyager Group tur operator şirkəti Azərbaycanda  ənənəvi “Roadshow” keçirib.

Unikal.org xəbər verir ki, tədbirin tərəfdaş şirkətlərindən biri də “Günay Sığorta”dır.  Voyager Group tur operator şirkəti Azərbaycan,Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrdə geniş  nüfuza və həmin ölkələrdə yerləşən turizm şirkətlərinin böyük etibarına malikdir.

Tədbir 11.10.2019 tarixində Circle restaurant and Music Hallda baş tutdu. Gözlənildiyi kimi 100-ə yaxın turizm şirkəti bu tədbirdə iştirak etdi.Burada BƏƏ-nin ən məşhur otellərinin rəhbər heyətləri,Flydubai,turizmplus.az, Pegasus H/Y-nın nümayəndələri öz yenilikləri ilə turizm şirkətlərinin nümayəndələrini məlumatlandırıb.

Sonda tədbir iştirakçıları üçün şou-proqram və əyləncəli müsabiqələr təşkil olundu. Tədbirin iştirakçılarına “Günay Sığorta” tərəfindən müxtəlif hədiyyələr təqdim edildi.


  • “Günay Sığorta” turizm tədbirinə dəstək oldu
  • “Günay Sığorta” turizm tədbirinə dəstək oldu