Gəncə şəhərində 7 yaşlı məktəbli itkin düşüb.

Unikal.org-un xəbərinə görə, hadisə oktyabrın 22-də şəhərin Mahrasa Bağı ərazisində baş verib.

Belə ki, Gəncə şəhər 16 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 2012-ci il təvəllüdlü Əli Allahyarov yaşadığı ev 21-dən saat 12 radələrində məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə şəhər Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.