Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  Gənclər Kamera Orkestri Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edib.

Unikal.org xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında keçirilən konsert proqramı şəhərin 70 illik yubileyinə həsr olunub.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Azərbayjan Respublikasının xalq artisti Fərhad Bədəlbəylinin bədii rəhbəri olduğu orkestr maraqlı çıxışı ilə tədbir iştirakçılarında xoş ovqat yaradıb. Konsertdə tanınmış incəsənət ustalarının ifaları alqışlarla qarşılanıb.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayının 22-si Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. Bununla bağlı Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhərdə silsilə tədbirlər keçirilir.