Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - APOEL oyununda anşlaq olacaq.

Unikal.org  xəbər verir ki, bu barədə klub "facebook" səhifəsində paylaşım edib.

Belə ki, görüşün keçirilməsinə hələ bir gün vaxt qalmasına baxmayaraq, biletlər tükənmək üzrədi. Satışa çıxarılan 30 min biletdən yalnız 3000-i öz sahibini gözləyir. Hazırda 27 min bilet artıq satılıb.

Bildirilir ki, oyundan əvvəl bütün oturacaqlara Azərbaycan bayrağı qoyulacaq və əsl bayraq şousu olacaq:

"30 minlik bayraq şousunda iştirak et, "Qarabağ"ımızla dayanmadan 90 dəqiqə qələbə üçün birlikdə mübarizə aparaq!"  

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:55-də start veriləcək.