Bakıda külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qadının anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası noyabrın 5-nə təyin edilib. 

İttihama görə, o, "Caspian Shoping Center"də yerləşən mağazalardan birində satıcı işləyən İlhamə Umbayevadan bir neçə dəfə qızıl əşyaları alıb. Daha sonra etibar qazanaraq nisyə bahalı qızıllar alıb və onu imkanlı şəxslərə sataraq pulunu verəcəyini bildirib. N.Əfəndiyeva həmin qızılları lombarda qoyaraq pul götürüb və İ.Umbayevaya qarşı dələduzluq edib. 

N.Əfəndiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Ali Osmanov