Qubada 4 nəfərə qarşı 43 min manatlıq dələduzluq edilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Quba Rayon Polis Şöbəsinə şəhər sakinləri olan 3 nəfəri aldadaraq dələduzluq yolu ilə onların, ümumilikdə, 41 500 manatlarının alınması barədə daxil olan məlumatlarla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən dələduzluğu törətməkdə şübhəli bilinən İ.Xuraminicatın ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir qadını aldadaraq 1542 manatını alması da müəyyən edilib.