Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. 

Belə ki, VAZ markalı avtomobil hərəkətdə olarkən sərnişin mikroavtobusu ilə toqquşub. 

Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin yaralandığı bildirilir.