Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək.

Unikal.org xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək.

Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç il müddətinə Azərbaycana keçəcək.