Xəbər verdiyimiz kimi, "Yuventus" klubunun ulduz oyunçusu Ronaldonun təcavüzdə ittiham olunur. Belə ki, futbolçu amerikalı model Katrin Mayorqaya 2009-cu ildə Las Veqasda təcavüz etdiyi iddia olunmuş və bir müddət əvvəl aparılan istintaq zamanı yetərli dəlil olmadığı üçün futbolçuya cəza verilməmişdi.

Unikal.org xəbər verir ki, İngiltərə mətbuatı olayla bağlı yeni iddialarla çıxış edib. Polis və müstəntiqlərin 100 səhifəlik e-mail yazışmalaranı əldə edən "The Sun" müfəttiş Ceffri Quyerin müstəntiqə yazdığı mesajda "DNT nəticələri gəldi. Ronaldonun DNT-si ilə uyğun gəlir", həmçinin Ronaldonun vəkillərinə "Mayorqa mənə "Dayan" deyə qışqırdı" dediyini iddia edib. 

"Associated Press" isə futbolçunun vəkilləri vasitəsi ilə Las Veqas məhkəməsindən ya iddia ərizəsinin ləğv olunmasını, ya da prosesin qapalı keçirilməsini tələb etdiyini yazıb.