Türkiyənin Manisə şəhərində 24 yaşlı qadın ona təcavüz edən yeznəsini bitki dərmənı ilə öldürüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sonra qadın polisə zəng edərək, törətdiyi cinayətlə bağlı məlumat verib. Sonra polis hadisə yerinə gələrək gənc qadını həbs edib. Məlum olub ki, evli və iki övlad atası olan 37 yaşlı S.V. qaynatasının evinə gəlib. Evdə heç kəsin olmadığından istifadə edən kişi boşanmış baldızının otağına girərək, ona təcavüz edib. Hadisədən sonra baldızı otaqdan çıxaraq, həyətə gedib. Həyətdə olan bitki dərmanını şiprisə çəkərək yenidən otağa qayıdıb. Sonra o, rahatladıcı maddə olduğunu deyərək, iynəni onun qoluna vurub. 
Bir müddət sonra 37 yaşlı kişi halı pisləşərək, yerə yıxılıb. Yeznəsinin öldüyünə əmin olan qadın polisə zəng edib. Polislər baldızına təcavüz edən kişinin meyitini qaynatasının evində aşkarlayıb.