Türkiyənin Bursa şəhərində zibil qutusunun yanında körpə tapılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə şahidləri polisə məlumat veriblər. Həmin yerə gələn təcili yardım əməkdaşları uşağı müayinə ediblər. Körpənin nəfəs aldığını görən tibb işçiləri onun sağ olduğunu müəyyən ediblər. Sonra o, xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri bildirib ki, tanımadıqları bir qadın içində uşaq olan çantanı zibil qutusunun yanına qoyduqdan sonra qaçaraq, ərazidən uzaqlaşıb.

Polis faktla bağlı araşdırma aparır.