Bakıda Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyev arasında görüş keçirilib.

Unikal.org xəbər verir ki, söhbət zamanı tərəflər hərbi-texniki sahədə əməkdaşlığın inkişafı ilə bağlı yüksək səviyyəli razılaşmaların icrasını müzakirə ediblər.

Bu görüş Qazaxıstanın Müdafiə naziri Nurlan Yermekbayevin oktyabrın 29-30-da Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfərindən əvvəl baş tutub.