Antaliyada Korkuteli mahalı Bayatbademleri Məhəlləsində Azərbaycan əsilli Türk vətəndaşı Bəxtiyar Muradova aid xırda buynuzlu mal-qaranın saxlanıldığı fermadan mikroavtobus oğurlayan şəxs saxlanılıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sahibkar Bəxtiyar Muradova oğurluq edən Halil D-nin izinə düşüb. Şəxsi avtomobili ilə Halil.D-ni izləyən Muradov polisə zəng edərək məlumat verib. 

Oğru Termessos Qovşağında reyd keçirən polislərin  “dayan” əmrinə tabe olmayıb. Ancaq o Cehennem Deresi adlı yerdə qarşıdan gələn tankerə çırplaraq dayanmağa məcbur olub.  Polislər Halil.D-ni həbs ediblər. 

Bəxtiyar Muradov  jurnalistlərə verdiyi açıqlamada qovalamanın yarım saat davam etdiyini və oğrulanan avtomobilə ciddi zərər dəydiyini deyib.