Əməkdar artist Vahid Əliyev açıqlaması ilə müzakirələrə səbəb olub. 

Uikal.org xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qadınlarla bağlı bunları deyib:

"Həyat yoldaşıma canım qurban. Allah etməmiş, başına bir iş gəlsə, mənim məhəbbətim onunla öləcək. Başqa heç nə ola bilməz.

Siz tibb elimindən uzaqsınız. Kişi 80 yaşında da kişidir. Qadın isə 50-dən sonra qadın deyil. Kişinin ürəyi istəsə, ondan sonra da evlənər, halaldır".