Bakıda bıçaqlanma hadisə baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Bakı sakini 1987-ci il təvəllüdlü Mənzərə Tarverdiyevanı əri bıçaqlayıb. Yaralı qardaşı tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. M.Tarverdiyeva dərhal əməliyyat olunub.

İlkin məlumata görə, bıçaqlanma ər və arvad arasında yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.