Tovuz rayonunda güllələnmə hadisəsi baş verib.

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. 

Belə ki, Abdıyev Nəriman Mirzə oğlu “Makarov” tipli tapanca ilə Qasımov Habil Əli oğluna atəş açıb. Nəticədə H.Qasımov yaralanıb.

Hadisəyə kənd qəbiristanlığında mal-qara otarılması üçün yaranmış mübahisə səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.