Rusiyanın Zabaykalye diyarında 8 hərbçini güllələyən əsgərin kimliyi məlum olub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hərbçi yoldaşlarını güllələyən əsgər Ramil Şamsuddinovdur. O, saxlanılaraq barəsində cinayət işi açılıb.

Qeyd edək ki, hadisə keşik çəkən əsgərlərin növbəsinin dəyişməsi zamanı baş verib. Təmir-texniki bazanın əsgəri olan R.Şamsuddinov tabel silahından atəş açaraq beş müddətli xidmət çəkən əsgər, bir muzdlu hərbçi və iki zabiti öldürüb, daha iki nəfər ağır yaralanıb.