Ukraynalı müğənni Anna Sedokova sevgilisi Yanis Timmo ilə münasibətlərini gizlətmək fikrindən daşınıb.

Müğənni  basketbolçu sevgilisi başqasıyla evli olsa da  onunla konsertlərdən birinə qatılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi 27 yaşlı basketbolçu ilə əl-ələ kameralar qarşısından keçməkdən çəkinməyib.

Sedekova və Timm birlikdə çəkilən fotosunu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Yanis hələ də arvadı Sanla boşanmayıb. Onların iki övladı var.