2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiəqsində Rusiyanı təmsil edən “Buranovskiye Babuşki” qrupunun üzvü Nataliya Puqaçova vəfat edib.

Unikal.org xəbər verir ki, o, bir neçə gün öncə dünyasını dəyişib.

Xəbəri Udmurt Respublikasının Prezidenti Aleksandr Berçalov paylaşıb.

Qeyd edək ki, “Buranovskiye Babuşki” “Party for everybody” mahnısı ilə müsabiqədə ikinci yeri tutmuşdu.