Dünyaca məşhur müğənni Cennifer Lopez sevgilisi Aleks Rodrigez ilə evlənməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, cütlüyün toyu Mayamidə baş tutacaq. 500 nəfərin iştirak edəcəyi mərasimə 3 milyon dollar xərclənəcək. Toyda dünya ulduzlarının da iştirakı gözlənilir.

Qeyd edək ki, bu Lopezin dördüncü evliliyidir.