Oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn Venesuela prezidenti Nikolas Maduro Bakının Dənizkənarı Milli Parkında olub.

Unikal.org xəbər verir ki, Maduro həyat yoldaşı ilə bulvar gəzintisindən videonu  Feysbuk sosial şəbəkəsində paylaşıb.

O, sammitin uğurla keçdiyini və Venesuelaya qayıdaraq yeni qələbələr uğrunda çalışmağa hazır olduğunu bildirib.