Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasında IX turunda İstanbul nəhəngləri “Beşiktaş”la “Qalatasaray” üz-üzə gəlib. Umut Nayırın 69-cu dəqiqədəki qolu “Beşiktaş”a qələbə qazandırıb.(1:0) Bu qələbə ilə onlar turnir cədvəlində “sarı-qırmızılar”a yaxınlaşıb. 

"Beşiktaş"ın baş məşqçisi Abdullah Avcıya matçdan sonra mətbuat konfransında jurnalistlərdən birinin "Fatih Terim ilə matçdan əvvəl əl verib görüşmədiniz. Səbəbi nədir?" deyə sual verib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, "qartallar"ın baş məşqçisinin cavabı hər kəsi təəccüblən dirib.  A.Avcı jurnalistin sualına "Mən keçən il orada necə qarşılandımsa, bu il də elə qarşıladım" deyə cavab verib. 

Qeyd edək ki, Avcı ötən mövsüm "Başakşehir"in baş məşqçisi olarkən TT Arenaya getmiş və qalmaqallı keçən matçda çempionluğu əldən vermişdi. "Qalatasaray" çempion olmuşdu.