Dünyaca məşhur sənətçi Selda Bağcanın metroda çəkilən fotosu sosial şəbəkədə çoxsayda bəyəni alıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki,  "2.sayfa" verilişinin "instagram" hesabından "Metroda bir star; Selda Bağcan" şərhi ilə paylaştığı fotoya yüzlərlə rəy yazılıb.

Şərhlərdə Selda Bağcan haqqında təvazökar və xalqın içində olan sənətçi deyə bəhs edilib.   Müğənni Ebru Poladın Selda Bağcanın fotosuna "Nə olacaq ki, mən dünən bütün gün Nyu-Yorkda metroyla gəzdim" deyə şərh yazması isə lağ mövzusu olub.