22 Noyabr 2019
21 Noyabr 2019
Bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək?
Bələdiyyə seçkilərində hansı siyasi partiyalar iştirak edəcək? REPORTAJ 16:24 2019-10-28

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən siyasi partiyalar məlum olub.

Unikal.org-un məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında bildirilib ki, indiyə qədər bələdiyyə seçkilərində iştirakla bağlı MSK-ya 7 siyasi partiya müraciət edib.

Bunlar, Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyasıdır. MSK-nın iclasında həmin partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təsdiq edilib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.