İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş Katibi Mukisa Kituyi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycan və BMT arasında ticari-iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri, gələcək perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.