Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.