ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən Hidayət Rəsulov adlı şəx oğlunun müğənni olduğunu və ona sahib çıxmadığını iddia edib.

Unikal.org xəbər verir ki, adı açıqlanmayan ifaçı canlı yayımda telefon bağlantısı ilə öz fikrini bildirib:

“Bu haqda danışmaq mənim üçün çox çətindir. Ailəm, özüm əsəb keçirirəm. 20 il öncə atılan bir övlad nə deyə bilər? Mən, bacı və qardaşlarım necə böyüyüb bilmirsiniz! Çətin günlərimiz olub.

Hal-hazırda öz problemlərim özümə bəs edir. O insanla aramızdakı bağlar qırılıb”.