Ukraynadan qeyri-qanuni yollarla Polşaya qaçmaq istəyən üç azərbaycanlı saxlanılıb.

Unikal.org-un məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Təhlükəsizliyi Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Smilnitsya gömrük məntəqəsində saxta sənədlərlə 8 nəfər Ukraynadan Polşaya keçmək istəyib. 

Bunlardan 5 nəfəri türkiyə, 3 nəfəri isə azərbaycan vətəndaşı olub.

Artıq hadisə ilə bağlı Türkiyə Respublikasının Ukraynadakı səfiri Yağmur Əhməd Güldere Ukrayna Dövlət Sərhəd Təhlükəsizliyi Xidmətinin rəisi Serhii Deineko ilə görüşüb.