Bakıda oğurluq baş verib.

Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi, 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 1800 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini N.Ellazova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.