15 Noyabr 2019
14 Noyabr 2019
Azərbaycan əsilli rus hərbçi türkləri Suriyada belə təəccübləndirdi: "Gəl, qardaş, gəl..." (VİDEO)
Azərbaycan əsilli rus hərbçi türkləri Suriyada belə təəccübləndirdi:"Gəl, qardaş, gəl..." (VİDEO) VİDEO 11:37 2019-10-30

Soçidə əldə olunan razılığa əsasən, Türk Silahlı Qüvvələri və Suriyanın şimalındakı Rusiya hərbiçilərlə ortaq patrul hazırlığı davam edir. 

Unikal.org xəbər verir ki, hazırlıqlar əsnasında Azərbaycan əsilli rus hərbçi türkiyəli hərbçiyə "Gəl qardaş gəl. Hər şey yaxşıdır" deyə səslənib. Azərbaycan əsilli rus hərbçinin Türk əsgərini görən zaman həyəcanlandığı anlar diqqətlərdən yayınmayıb.

Azərbaycanlı əsgərin türk əsgərə səslənməsi sosial mediada maraqla qarşılanıb.