Bu gün bəzi KİV-lərdə "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar Babək prospektinin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb.

Bu barədə Unikal.org-a qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, yayılan məlumat yalandır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmayıb.