Mingəçevir şəhərində F.Əzimov küçəsini qazla təmin edən 108 millimetr diametrində qaz xəttini traktorla  qırıblar.

Unikal.org  xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 31-də saat 17:40-dan mindən çox abonentin qaz təchizatında fasilə yaranıb.