Türkiyə Superliqasında çıxış edən “Ankaragücü” klubunun idarə heyətinin hesabatı zamanı biabırçı olay baş verib.

Unikal.org xəbər verir ki, klub nümayəndəsi Əli İhsan Mutlu çıxışı zamanı “Ankaragücü”nün prezidenti Mehmet Yigineri maliyyə hesabatını düzgün təqdim etməməkdə ittiham edib.

Bundan hiddətlənən klub prezidenti ayağa qalxaraq Əli İhsanı təhqir edib. Daha sonra isə digər klub nümayəndələri onun üzərinə cumaraq yumruq və təpiklə vurublar. Mühafizə xidmətinin müdaxiləsindən sonra Əli İhsan salondan çıxarılıb.