Bakının Nəsimi rayonunda 26 yaşlı gənc xuliqanlıq zəminində döyülüb.

Unikal.org xəbər verir ki, Bakı sakini, 1993-cü il təvəllüdlü Əliyev Vüqar Fərhad oğlu Cavadxan küçəsi ev 48 B-nin girişində Nadir adlı şəxs tərəfindən döyülüb.

V.Əliyevin baş nahiyəsinə şüşə qabla ağır xəsarət də yetirilib.

Faktı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi araşdırır.