Lerik rayonunun Lərmərud kəndində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin sayıtına istinadən xəbər verir ki, hadisə ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi yaşayış evində qeydə alınıb.

Yanğın zamanı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.