17 yaşlı gənc anasını öldürən atasını müdafiə edib. 

Unikal.org Türkiyə Kivnə istinadən xəbər verir ki, Məhkəmədə qatil atası Ercan Ö.-nün lehinə danışan 17 yaşlı M. Ö anası Zeynep.Ö.-nün ona şiddət göstərdiyini deyib. Gəncin bu cinayətin işlənməsində anasını günühlandırması hər kəsi təəccübləndirib. 

M.Ö məhkəmədə bu sözləri deyib:

"Anam ailəni qorumaq üçün heç bir səy göstərmədi. Son vaxtlar gözü davamlı olaraq telefonda idi. Anamın başqa kişilərə göz qaş etdiyini, danışdığını gözümlə gördüm. Ailəmiz dağılmasın deyə bunu atama söyləmədim. Bəzən bu mənim anam ola bilməz deyirdim. Anam günahkardır, ölməyə layiq idi. Atamdan şikayət etmirəm, atamın arxasındayam".

Qeyd edək ki, Martın 22-də Aydın mahalında Zeynep Ö  boşanma ərəfəsində olduğu həyat yoldaşı Ercan Ö tərəfindən zəncirlə boğularaq öldürülüb.