Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında VIII tur qarşılaşmaları üçün heyətləri açıqlanıb. 

Unikal.org xəbər verir ki, kişilərin mübarizəsində Ermənistanla qarşılaşmada birinci lövhədə Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gələcək. 

Qadınların görüşündə isə əsas lövhədə Günay Məmmədzadə Fransa təmsilçilərindən Sofi Miyyeni sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Komandalararası Avropa çempionatı
VIII tur, 1 noyabr

Kişilər
Azərbaycan - Ermənistan
Şəhriyar Məmmədyarov - Levon Aronyan
Arkadi Naydiç - Qabriel Sargissyan
Qədir Hüseynov - Qrant Melkumyan
Eltac Səfərli - Arman Paşikyan

Qadınlar 
Fransa - Azərbaycan
Sofi Miyye - Günay Məmmədzadə
Polen Gişar - Xanım Balacayeva
Almira Skripçenko - Ülviyyə Fətəliyeva
Nataşa Benmesba - Gülnar Məmmədova

Turnir cədvəli
Kişilər: 1. Rusiya - 12, 2-4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10. 6-8. Ermənistan, Azərbaycan, Xorvatiya - 9 xal.
Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3-5. Azərbaycan, Ukrayna, Ermənistan - 10, 6-8. Fransa, İtaliya, Türkiyə - 9 xal.