ABŞ Prezidenti Donald Tramp İŞİD terror qruplaşmasında yeni liderin olduğunu bəyan edib.

Unikal.org xəbər verir ki, bu barədə Tramp "Twitter" hesabında paylaşım edib.

"İŞİD-in yeni lideri var. Biz onun kim olduğunu dəqiq bilirik", - deyə ABŞ prezidenti yazıb.

Xatırladaq ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi oktyabrın 27-də ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib. Onun ölümündən sonra terror qruplaşmasına Abu İbrahim əl- Haşimi əl-Kuraşini lider seçilib.