Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Unikal.org xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Lider "Qarabağ" səfərdə əzəli rəqibi, hazırda 2-ci pillədə qərarlaşan "Neftçi"nin qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Bununla da, Ağdam təmsilçisi ən yaxın izləyicisi ilə 8 xallıq fərqi qoruyub.

Turun digər oyunları isə noyabrın 2-si və 3-də keçiriləcək.