Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb.  "Mercedes" markalı maşınla "Lada Kalina" markalı nəqliyyat vasitəsi toqquşub.  
İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. 
Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.