Masallı rayonunda ev yanıb.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 76 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.